Türkiyəli deputat Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilən qətnaməni tənqid edib
Türkiyə Böyük Millət Məclisinin deputatı Zeynəb Yıldız Avropa Parlamentində gündəmdənkənar çıxış edərək Azərbaycanla bağlı qəbul edilən qətnaməyə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, deputat çıxışında Avropa Şurasının əsas məqsədinin üzv dövlətlər arasında daha sıx birliyin təmin edilməsi olduğunu xatırladaraq, Parlament Assambleyasında bəzi ölkələrə qarşı ikili standartların tətbiq edildiyini deyib.
O vurğulayıb ki, qaydalar bütün üzv dövlətlərə eyni şəkildə şamil olunmalı və bu yanaşmaya yenidən baxılmalıdır.
Zeynəb Yıldız Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməsi məsələsində bərabər münasibət göstərilmədiyini bildirərək, eyni yanaşmanın digər ölkələrə tətbiq olunmadığını qeyd edib.
Deputat çıxışında Qəzzadakı vəziyyətə də toxunaraq, İsrailin son bir ildə həyata keçirdiyi hərəkətlərin də beynəlxalq platformalarda müzakirə edilməsinin vacibliyini vurğulayıb.
Sonda o bildirib ki, Avropa Şurasının gələcəyi ölkələri hədəf almaqla deyil, üzv dövlətlərə qarşı ədalətli və bərabər münasibət göstərmək, dialoq və əməkdaşlığı gücləndirməklə mümkündür.
Fatimə Məmmədova
17:37 26.06.2026
Oxunuş sayı: 59