Budanov: Polşa ilə gərginliyin artması ciddi nəticələrə gətirib çıxara bilər
Ukrayna Prezident Ofisinin Kiril Budanov bildirib ki, Polşa ilə münasibətlərdə yaşanan hazırkı gərginlik ciddi səhvdir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, hazırda iki ölkə arasında münaqişə deyil, fikir ayrılığı mövcuddur və vəziyyətin daha da kəskinləşməsinə yol vermək olmaz.
"Bu, hələ pik hədd deyil, mənə inanın. Əgər tərəflər dayanmasa, vəziyyət daha da pisləşəcək. Qonşu dövlətlərlə ya yaxşı, ya da ən azı neytral münasibətlər saxlanılmalıdır. Qonşularla münasibətlərin gərginləşməsi həmişə ciddi problemlərə səbəb olur", – Budanov vurğulayıb.
12:27 26.06.2026
Oxunuş sayı: 48