Venesuelada zəlzələ qurbanlarının sayı 235-ə çatıb
Venesuelada baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 235 nəfərə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Paytaxt Karakasdan yayılan kadrlarda dağıntılar altında qalan sağ qalan insanların kömək çağırışları eşidilir. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Məlumata görə, son 126 ilin ən güclü zəlzələsi nəticəsində ölkədə təxminən 3 min ailə evsiz qalıb, 1,5 mindən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
11:27 26.06.2026
Oxunuş sayı: 48