Rusiyanın Ufa şəhərində neft emalı zavoduna dronlar hücum edib, yanğın baş verib
Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Ufa şəhərinə hücum edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İlkin məlumatlarda şəhərdə yerləşən neft emalı zavodunun zərbə nəticəsində vurulduğu bildirilir.
Hadisədən sonra sənaye zonasında yanğın baş verdiyi qeyd olunur. Hücumun nəticələri və dəyən zərərin miqyası ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.
12:46 25.06.2026
Oxunuş sayı: 48