Krımda hücum nəticəsində iki nəfər ölüb, yaralılar var
Ukraynanın işğal olunmuş Krım ərazisində baş verən hücumlar nəticəsində iki nəfər, o cümlədən bir uşaq həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Krımın "meri" Sergey Aksyonov məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi hücumlar nəticəsində daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisənin təfərrüatları və zərərçəkənlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib. Yerli qurumlar hadisə yerində araşdırmaları davam etdirir.
12:20 25.06.2026
Oxunuş sayı: 51