Venesuelada baş verən zəlzələ son 126 ilin ən güclüsü olub
Venesuelada qeydə alınan zəlzələ ölkədə son 126 ildə baş verən ən güclü yeraltı təkan kimi tarixə düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri ABŞ Geoloji Xidmətinin arxiv məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, bundan əvvəl ölkədə ən güclü zəlzələ 1900-cü ildə qeydə alınıb. Həmin zəlzələnin maqnitudası 7,7 olub.
126 il əvvəl baş vermiş təbii fəlakət nəticəsində paytaxt Karakas şəhərində 21 nəfər həlak olub, 50 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Mütəxəssislər bildirirlər ki, son zəlzələ gücünə görə ölkənin müasir tarixində ən ciddi seysmik hadisələrdən biri hesab olunur.
12:12 25.06.2026
Oxunuş sayı: 51