Yaponiyada 7,2 bal gücündə zəlzələ baş verib
Yaponiyanın şimal-şərq sahillərində 7,2 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanların episentri Honşu adasında yerləşən İvate prefekturasının sahillərində olub. Məlumata görə, zəlzələnin ocağı təxminən 50 kilometr dərinlikdə yerləşib.
Milli Meteorologiya Administrasiyası bildirib ki, yeraltı təkanlar ölkənin bir neçə bölgəsində, o cümlədən paytaxt Tokioda hiss olunub.
Hazırda dağıntılar və ya tələfatla bağlı rəsmi məlumat açıqlanmayıb. Səlahiyyətli qurumlar vəziyyəti nəzarətdə saxlayır.
11:17 25.06.2026
Oxunuş sayı: 50