Bosniya və Herseqovina dünya çempionatının pley-off mərhələsinə yüksəldi
Bosnia and Herseqovina millisi futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.
Crossmedia.az xəbər verir ki, bu, Brazil yığmasının qrup mərhələsinin üçüncü turunda 3:0 hesablı qələbəsindən sonra rəsmiləşib.
Bosniya və Herseqovina B qrupunu 4 xalla üçüncü pillədə başa vurub. Şotlandiya isə C qrupunda 3 xalla üçüncü yerdə qərarlaşıb.
Turnirin qaydalarına əsasən, hər qrupdan ilk iki yeri tutan komandalar və ən yaxşı nəticə göstərən səkkiz üçüncü yer sahibi pley-off mərhələsinə yüksəlir.
Şotlandiyanın məğlubiyyətindən sonra ən azı dörd qrupun üçüncü pilləsində qərarlaşacaq komandaların Bosniya və Herseqovinanı geridə qoymaq şansı qalmayıb. Bununla da Balkan təmsilçisi növbəti mərhələyə yüksəlməyi təmin edib.
11:00 25.06.2026
Oxunuş sayı: 56