Kuba prezidenti: ABŞ-nin təzyiqləri getdikcə güclənir
Kuba prezidenti Migel Dias-Kanel ABŞ-ni ölkəsinə qarşı davamlı və sərt təzyiq siyasəti aparmaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Dövlət başçısı sosial şəbəkədəki paylaşımında bildirib ki, Vaşinqton Kubanın əhalisinin əsas ehtiyaclarını ödəmək imkanlarını məhdudlaşdırmağa çalışır.
“ABŞ-nin Kubaya qarşı təzyiqləri davam edir və daha da güclənir. Bunun səbəbi bizi məğlub edə bilməmələridir. ABŞ hökuməti hesab edir ki, heç bir ölkə belə amansız təzyiqlər altında normal fəaliyyət göstərə və ya mövcudluğunu qoruya bilməz”, – o qeyd edib.
Onun sözlərinə görə, ABŞ-nin fəaliyyəti Kubanın gəlir mənbələrini hədəfə alır, ölkənin maliyyə kanallarına çıxışını məhdudlaşdırır, yanacaq tədarükünə mane olur və texnologiya transferini çətinləşdirir.
10:49 25.06.2026
Oxunuş sayı: 52