Fransada rekord istilər: ölkə tarixinin ən isti gününü yaşadı
Fransa meteoroloji müşahidələr tarixində ən isti gününü yaşayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Məlumata görə, iyunun 24-də ölkənin 50-dən çox departamentində termometrlər 40 dərəcəyədək yüksəlib. Eyni zamanda, Fransa üzrə orta hava temperaturu təxminən 30 dərəcə təşkil edib.
Mütəxəssislər qeyd edirlər ki, bu göstəricilər ölkədə aparılan meteoroloji müşahidələr tarixində qeydə alınmış ən yüksək səviyyələrdən biridir.
Fransanın bir sıra bölgələrində isti hava dalğasının davam edəcəyi gözlənilir. Yerli hakimiyyət orqanları əhalini yüksək temperaturla əlaqədar ehtiyatlı olmağa çağırıb.
11:08 25.06.2026
Oxunuş sayı: 49