Tramp Türkiyəyə dəstək mesajı verdi
ABŞ Prezidenti Donald Tramp Türkiyənin F-35 qırıcıları və hərbi mühərriklərlə bağlı tələbləri fonunda Ankaranı sevindirə biləcək qərar qəbul edə biləcəyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki , Tramp Türkiyənin NATO daxilində mühüm mövqeyə malik olduğunu vurğulayıb.
“Türkiyə NATO üzvüdür. Bəzi insanlar bunu belə görməsə də, əslində o, Alyansın güclü üzvlərindən biridir”, – o qeyd edib.
Prezident əlavə edib ki, gələcəkdə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan üçün sevindirici olacaq addım ata bilər.
“Bəli, yəqin ki, onu çox sevindirəcək bir şey edəcəyəm”, – Tramp bildirib.
Tramp həmçinin Ərdoğana hörmət əlaməti olaraq NATO-nun qarşıdan gələn sammitində iştirak etməyi planlaşdırdığını da açıqlayıb.
10:23 25.06.2026
Oxunuş sayı: 54