Tramp: Ərdoğandan İrana qarşı müharibəyə qoşulmamağı xahiş etdim
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan haqqında diqqətçəkən açıqlamalar verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tramp bildirib ki, Ərdoğan onun dostudur və İran ətrafında baş verən hadisələr zamanı müharibəyə müdaxilə etməyib.
“Ərdoğan mənim dostumdur. O, müharibəyə müdaxilə etmədi. Bilirsiniz, o, İranla müharibəyə qoşulmaq üçün əsas namizədlərdən biri idi”, – o qeyd edib.
Trampın sözlərinə görə, Ərdoğanın İranın mövqeyinə yaxın ola biləcəyi barədə ehtimallar səslənsə də, Türkiyə lideri hərbi proseslərə qoşulmayıb.
“Mən ondan müdaxilə etməməsini xahiş etdim və o da müdaxilə etmədi”, – Tramp vurğulayıb.
ABŞ prezidenti həmçinin bildirib ki, Ərdoğan İsrailə xüsusi rəğbət bəsləyən siyasətçilərdən deyil, lakin buna baxmayaraq, regiondakı münaqişəyə qoşulmaq qərarı verməyib.
09:50 25.06.2026
Oxunuş sayı: 55