İtaliya NATO baş katibinin İranla bağlı açıqlamasını təkzib etdi
İtaliya Müdafiə Nazirliyi NATO-nun baş katibi Mark Ruttenin ABŞ-a məxsus 500 təyyarənin İrana qarşı həyata keçirilən “Epic Fury” əməliyyatına dəstək məqsədilə İtaliyadakı hərbi bazalardan havaya qalxması barədə səsləndirdiyi fikirləri təkzib edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazirlikdən bildirilib ki, İtaliya yalnız texniki və logistika xarakterli uçuşlara icazə verib. Rəsmi Roma ölkə ərazisindən döyüş əməliyyatlarının aparılmasına və ya bu əməliyyatlarda iştirak məqsədilə uçuşların həyata keçirilməsinə razılıq verməyib.
Qurum Mark Ruttenin açıqlamalarının yanlış təsəvvür yaratdığını vurğulayaraq qeyd edib ki, qeyri-döyüş dəstəyi çərçivəsindən kənara çıxan bütün müraciətlər İtaliya tərəfindən rədd edilib.
09:15 25.06.2026
Oxunuş sayı: 56