ABŞ, Livan və İsrail arasında Vaşinqton danışıqlarında irəliləyiş əldə olunub
ABŞ, Livan və İsrailin hərbi nümayəndə heyətləri Vaşinqtonda keçirilən danışıqlarda Livanın cənubunda İsrailin nəzarətində olan ərazilərlə bağlı müzakirələri davam etdirirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə Livan prezidenti Cozef Aunun sosial şəbəkəsində məlumat yayılıb.
Bildirilib ki, çərşənbə günü keçirilən üçtərəfli görüş davam edən danışıqların beşinci raundu çərçivəsində baş tutub.
Məlumata görə, tərəflər İsrail qoşunlarının həmin ərazilərdən çıxarılmasından sonra Livan ordusunun nəzarətinə veriləcək “pilot zonalar”ın yaradılması məsələsində müəyyən irəliləyiş əldə ediblər.
Hazırda tərəflər bu zonaların coğrafi sərhədləri və əldə olunmuş razılaşmaların icra mexanizmləri üzərində müzakirələri davam etdirirlər. Livan prezidentinin ofisi danışıqların müsbət istiqamətdə irəlilədiyini qeyd edib.
07:40 25.06.2026
Oxunuş sayı: 57