Venesuelada dağıdıcı zəlzələ baş verib
Venesuelada 7,1 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici mənbə məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri təxminən 1,6 milyon əhalisi olan Valencia şəhərindən 60 kilometr şimal-qərbdə yerləşib.
ABŞ zəlzələnin mümkün nəticələri ilə bağlı proqnoz açıqlayıb. Qurumun qiymətləndirməsinə görə, təbii fəlakət nəticəsində ölənlərin sayının 10 min ilə 100 min arasında olması ehtimalı 44 faizdir.
Proqnoza əsasən, ölənlərin sayının 100-1000 nəfər arasında olması ehtimalı 3 faiz, 1000-10 min nəfər arasında olması ehtimalı isə 22 faiz təşkil edir. Eyni zamanda, qurum zəlzələ nəticəsində həlak olanların sayının 100 mini keçməsi ehtimalını 30 faiz olaraq qiymətləndirib.
07:16 25.06.2026
Oxunuş sayı: 62