Moldovanın Aİ üzvlüyünə şərt: Dnestryanı münaqişə həll edilməlidir
Moldovanın ən böyük müxalifət qüvvələrindən biri olan Iqor Dodon, ölkənin Dnestryanı bölgə (Transnistriya) məsələsini həll etmədən Avropa İttifaqına üzv ola bilməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Sabiq prezidentin sözlərinə görə, Dnestryanı münaqişənin həlli və ölkənin yenidən inteqrasiyası Moldovanın əsas milli prioritetinə çevrilməlidir.
“Dnestryanı məsələ həll olunmadan və ölkə yenidən birləşdirilmədən Avropa İttifaqına qoşulmaqdan söhbət gedə bilməz. Bunun üçün iqtisadi və enerji təzyiqlərinə son qoyulmalı, Tiraspol ilə dialoq başlanmalıdır”, – Dodon vurğulayıb.
O bildirib ki, ölkənin ərazi bütövlüyünün bərpası və Dnestryanı bölgənin reinteqrasiyası Moldovanın gələcək inkişafı üçün vacib şərtdir.
09:00 25.06.2026
Oxunuş sayı: 65