Hindistan və Ermənistan müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək
Hindistan və Ermənistan müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hindistanın baş naziri Narendra Modi Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefon danışığı apardığını bildirib.
Tərəflər çoxşaxəli tərəfdaşlığın daha da gücləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Əsas əməkdaşlıq istiqamətləri kimi ticarət, müdafiə, texnologiyalar və sosial əlaqələr qeyd olunub.
23:45 24.06.2026
Oxunuş sayı: 54