Tramp İrana xəbərdarlıq edib: Danışıqlar dayandırıla bilər
ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında İranla bağlı açıqlama verərək Tehrana xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, İran ABŞ-yə Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum, sığorta və ya digər ödəniş alınmadığını deyib. Trampın sözlərinə görə, əgər bu məlumatın doğru olmadığı üzə çıxarsa, ABŞ–İran danışıqları dərhal dayandırılacaq.
Bundan başqa, Tramp ABŞ-nin İrana heç bir vəsait köçürmədiyini və onun aktivlərinin blokdan çıxarılmadığını qeyd edib. O əlavə edib ki, ABŞ İrana məxsus vəsaitlərin bir hissəsinin azad olunmasını nəzərdən keçirir və həmin vəsaitlərin ABŞ fermerləri üçün kənd təsərrüfatı məhsullarının alınmasına yönəldiləcəyini bildirib.
Tramp İranın ərzaq ehtiyacına da toxunaraq, bu sahədə tədarükün ABŞ vasitəsilə həyata keçiriləcəyini vurğulayıb.
22:16 24.06.2026
Oxunuş sayı: 56