Moskvada neft emalı zavodu 2027-ci ilədək fəaliyyətini dayandırıb
Moskva neft emalı zavodu Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra fəaliyyətini tam dayandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Moskvanın yanacaq təminatının üçdə ikisindən çoxunu təmin edən müəssisə infrastruktura ciddi zərər dəydiyi üçün istehsalı tam dayandırmaq məcburiyyətində qalıb.
Bildirilib ki, zavodda təmir işləri ən azı 2027-ci ilə qədər davam edəcək.
22:00 24.06.2026
Oxunuş sayı: 52