Qırğızıstan Prezidenti valideynlərə çağırış etdi: Uşaqlara smartfon verməyin
Qırğızıstan Prezidenti Sadır Japarov nəvələrinə smartfon istifadəsini qadağan etdiyini açıqlayıb və valideynlərə də eyni addımı atmağı tövsiyə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Japarov bildirib ki, uşaqların vaxtını telefonla deyil, ailə üzvləri ilə ünsiyyətdə keçirməsi daha faydalıdır.
“Şəxsən mən nəvələrimə smartfon verməyə icazə vermirəm. Ailədən xahiş edirəm ki, onlarla oynasın, söhbət etsin. Bir çox valideyn sakitlik olsun deyə uşaqlara telefon verir. Elə hallar olur ki, evdə onlarla heç kim danışmır”, – prezident vurğulayıb.
O qeyd edib ki, smartfonlardan həddindən artıq istifadə problemi təkcə Qırğızıstanda deyil, digər ölkələrdə də müşahidə olunur. Japarov uşaqlara ölkənin tarixi, adət-ənənələri və milli dəyərləri barədə məlumat verilməsinin vacibliyini də diqqətə çatdırıb.
00:40 25.06.2026
Oxunuş sayı: 53