Rusiya Qazaxıstandan benzin idxalına hazırlaşır
Rusiya Qazaxıstandan təxminən 50 min ton AI-92 markalı benzinin idxalı ilə bağlı danışıqlar aparır.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Reuters˝ agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiyanın Energetika Nazirliyi hələlik bu xəbərə münasibət bildirməyib.
Qazaxıstanın energetika naziri Yerlan Aqqenjenov isə daha əvvəl bəyan edib ki, Astana Moskvanın benzin tədarükü ilə bağlı rəsmi müraciətini almayıb.
20:54 24.06.2026
Oxunuş sayı: 47