Ukrayna Rusiyanın daha bir kosmik əlaqə mərkəzini vurdu
Ukrayna ordusu bir həftə ərzində ikinci dəfə Rusiyanın kosmik əlaqə infrastrukturuna zərbə endirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, bu dəfə Vladimir vilayətinin Qus-Xrustalnı şəhərində yerləşən və Rusiyanın Kosmik Əlaqə Federal Dövlət Unitar Müəssisəsinin filialı olan “Vladimir” Kosmik Əlaqə Mərkəzi hədəfə alınıb.
Ukrayna Silahlı Qüvvələrinin komandanlığı kompleksə aid iki binanın zədələndiyini və zərbədən sonra ərazidə yanğın baş verdiyini təsdiqləyib.
Hadisə ilə bağlı Rusiya tərəfi hələlik rəsmi açıqlama verməyib. Ukrayna isə hücumun Rusiyanın strateji rabitə infrastrukturuna qarşı həyata keçirildiyini bildirir.
19:26 24.06.2026
Oxunuş sayı: 48