Qalibaf: İran gücdən çox məntiqə üstünlük verməkdə israrlıdır
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyasında çıxışı zamanı Tehranın son hadisələrdən sonra da əsas prinsiplərinə sadiq qaldığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qalibaf qeyd edib ki, İran xalqının müqaviməti, dözümlülüyü və regional təsiri ölkənin mövqeyinin formalaşmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, baş verən proseslər ABŞ-nin məqsədlərinə nail ola bilmədiyini göstərib.
O vurğulayıb ki, son müharibənin yaratdığı itkilərə baxmayaraq, Tehran öz siyasi kursunu dəyişmək niyyətində deyil. O bildirib ki, İran güc tətbiqindən daha çox məntiqə, təslimçilikdən isə daha çox müqavimətə üstünlük verməkdə israrlıdır.
Qalibaf çıxışında diplomatiyanın əhəmiyyətinə də toxunaraq qeyd edib ki, beynəlxalq münasibətlərdə davamlı nəticələr yalnız qarşılıqlı hörmət, bərabərlik və dövlətlərin suverenliyinə hörmət əsasında əldə oluna bilər.
16:50 24.06.2026
Oxunuş sayı: 54