Qətər parlamentinin spikeri Bakıda səfərdədir
Qətər Dövlətinin Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanim Azərbaycana işgüzar səfərə gəlib.
Crossmedia.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Qətər parlament nümayəndə heyətini Milli Məclisin bu ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Şura Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.
13:51 23.06.2026
Oxunuş sayı: 55