ABŞ-İran gərginliyi: Tramp “şərtsiz təslimiyyət” deyir, Putin diplomatiyaya çağırır
ABŞ Prezidenti Donald Tramp İranla müharibə fonunda bildirib ki, Tehranla razılaşma “şərtsiz təslim olma” olmadan mümkün deyil.
Crossmedia.az xəbər verir ki," BBC news" bu haqda məlumat yayıb.
Tramp həmçinin qeyd edib ki, bundan sonra Ağ Ev üçün “qəbul edilən yeni liderlərin” seçilməsi məsələsi gündəmə gəlməlidir və ABŞ müttəfiqləri ilə birlikdə İranın iqtisadiyyatını yenidən qurmağa kömək edə bilər.
Eyni vaxtda Vladimir Putin telefon danışığında Məsud Pezeşkian ilə regiondakı vəziyyəti müzakirə edib.
Kremlin məlumatına görə, Putin Yaxın Şərqdə hərbi əməliyyatların dərhal dayandırılmasına və diplomatik həllə qayıdılmasına çağırıb.
Fidan Bayramova
11:10 07.03.2026
Oxunuş sayı: 657