Putin Cənubi Afrika Prezidenti Ramafosa ilə görüşüb
Rusiya Prezidenti Vladimir Putin BRICS sammiti çərçivəsində Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidentinin rəsmi saytı "Kreml" bu barədə məlumat yayıb.
Bundan əvvəl Putin Hindistanın Baş naziri Narendra Modi ilə görüşərək ticarət, Qara dənizdə təhlükəsizlik və Ukrayna böhranı ilə bağlı məsələləri müzakirə edib.
Daha sonra Rusiya lideri BRICS biznes forumunda çıxış edib. Putin bildirib ki, son beş ildə BRICS ölkələrinin dünya ümumi daxili məhsulunda payı 40 faizdən çox olub. Onun sözlərinə görə, "Böyük yeddilik" ölkələrinin payı isə 29 faiz təşkil edib.
Putin həmçinin Rusiyanın milli suverenliyini gücləndirdiyini və etibarlı, proqnozlaşdırıla bilən dövlətlərlə tərəfdaşlıq münasibətlərini inkişaf etdirdiyini vurğulayıb.
Rusiya Prezidenti bu gün Hindistana üçgünlük səfərə başlayıb. Səfər çərçivəsində Putin BRICS-in 18-ci sammitində iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.
Onun Malayziya və Efiopiyanın baş nazirləri, Əbu-Dabinin vəliəhdi, həmçinin BRICS-in Yeni İnkişaf Bankının rəhbəri ilə görüşləri planlaşdırılır.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinlə ABŞ Prezidenti Donald Trampın Çində görüşü ilə bağlı razılaşmaların əldə olunmasının mümkünlüyünü istisna etməyib.
19:24 11.09.2026
Oxunuş sayı: 44