Dünya əmtəə bazarlarında neft bahalaşdı
Dünya əmtəə bazarlarında neft qiymətlərində artım qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 1,27 dollar və ya 1,11% artaraq bir barel üçün 116,15 dollara yüksəlib.
ABŞ-ın “WTI” markalı neftinin dekabr fyuçersləri isə 1,07 dollar və ya 1,05% bahalaşaraq 103,07 dollara çatıb.
Neftin bahalaşması Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və regiondan enerji tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqlar fonunda baş verir.
09:55 30.10.2026
Oxunuş sayı: 53