Bu bərbər suyun altında görün nə etdi...
Cənubi Afrikada 49 yaşlı bərbər Andre Qrünvald bir saat ərzində su altında 28 nəfərin saçını kəsərək dünya rekorduna imza atıb.
Crossmedia.az xəbər verir ki, Guinness World Records-un məlumatına görə, 30 ildir stilist kimi çalışan Qrünvald bu uğurla britaniyalı Devid Reyin 2007-ci ildə müəyyən etdiyi 27 nəfərlik rekordu geridə qoyub.
Qrünvald 2024-cü ildə də 24 saat ərzində 543 nəfərin saçını kəsərək rekord müəyyənləşdirib. Yeni rekord cəhdi üçün o, akvalanqla dalış üzrə təlim keçib və cəmi üç ay əvvəl ilkin ixtisas dərəcəsi əldə edib.
Bərbər su altında saç kəsməyin çətinliklər yaratdığını bildirib. Maskasının üzünə tam oturmaması, soyuq su və saçların suyun altında müxtəlif istiqamətlərə hərəkət etməsi prosesi çətinləşdirib.
Tədbirdə iştirak edən dalğıclar saç kəsimlərindən razı qalıblar. Aksiya xeyriyyə məqsədi daşıyıb və Qrünvald uşaq evi üçün vəsait toplayıb.
08:20 30.10.2026
Oxunuş sayı: 45