İran ABŞ vitse-prezidentinin mesajına hələ cavab verməyib
İran ABŞ-ın vitse-prezidenti Cey Di Vensin ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə göndərdiyi mesaja hələ cavab verməyib.
Crossmedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə yüksək vəzifəli iranlı təhlükəsizlik rəsmisi məlumat verib. Məlumat İranın yarırəsmi “Fars” xəbər agentliyi vasitəsilə yayılıb.
Rəsmi şəxs mesajın məzmunu ilə bağlı mediada yayılan məlumatların dəqiq olmadığını bildirib və bu barədə irəli sürülən ehtimalları təkzib edib.
ABŞ Prezidenti Donald Tramp isə Vensin İranla sülh danışıqlarını bərpa etmək məqsədilə əlaqə yaratması barədə xəbərlərə münasibət bildirib. O, vitse-prezidentə danışıqlara başlamaq tapşırığı vermədiyini deyib.
Trampın sözlərinə görə, əlaqə İranın tibbi ləvazimatlara və digər yardımlara ehtiyacı ilə bağlı olub. O bildirib ki, Vens bu məsələ barədə onun fikrini soruşub və o, belə bir təşəbbüsə razılıq verib.
20:57 29.10.2026
Oxunuş sayı: 44