İran İnqilab Keşikçiləri: Hörmüz boğazında neft tankeri minaya düşüb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərqində hərəkət edən neft tankerinin dəniz minasına düşdüyünü açıqlayıb.
Crossmedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, İran tərəfinin məlumatına görə, tanker qadağan olunmuş və təhlükəli hesab edilən ərazidən keçərkən minaya çırpılıb.
İnqilab Keşikçilərinin yaydığı yazılı açıqlamada hadisə nəticəsində gəmidə partlayış baş verdiyi bildirilib.
Məlumata əsasən, partlayışdan sonra tanker hərəkətini davam etdirə bilməyib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması, gəminin adı və zərərin miqyası barədə isə əlavə məlumat verilməyib.
20:37 29.10.2026
Oxunuş sayı: 43