Azərbaycan cüdoçusu Əbu-Dabidə qızıl medal qazanıb
Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva (48 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
Crossmedia.az xəbər verir ki, finalda türkiyəli Merve Azak ilə qarşılaşan idmançı rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, "Böyük Dəbilqə" turniri oktyabrın 31-də başa çatacaq.
18:44 29.10.2026
Oxunuş sayı: 51