ABŞ iqtisadiyyatında artım sürətlənib
ABŞ iqtisadiyyatı güclü korporativ investisiyalar və istehlak xərclərinin artması hesabına üçüncü rübdə 3,4 faiz böyüyərək son bir ilin ən yüksək artım tempinə çatıb.
Crossmedia.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosu (BEA) bu barədə məlumat yayıb.
Açıqlanan ilkin məlumatlara əsasən, 2026-cı ilin iyul-sentyabr aylarını əhatə edən üçüncü rübdə ümumi daxili məhsul (ÜDM) illik hesablamada 3,4 faiz artıb. İkinci rübdə bu göstərici 2,2 faiz təşkil edib.
İqtisadi artım əsasən şirkətlərin investisiyaları, istehlak xərcləri və dövlət xərclərinin yüksəlməsi hesabına sürətlənib.
ÜDM-in artım tempi iqtisadçıların proqnozlarını da üstələyib. Belə ki, ekspertlər üçüncü rübdə iqtisadiyyatın 3,2 faiz böyüyəcəyini gözləyirdilər.
17:45 29.10.2026
Oxunuş sayı: 62