İran müharibəsi enerji nəhənglərinin gəlirini kəskin artırıb
İran müharibəsi fonunda enerji təchizatında yaranan fasilələr və neft-qaz qiymətlərinin yüksəlməsi dünyanın iri enerji şirkətlərinin mənfəətini əhəmiyyətli dərəcədə artırıb.
Crossmedia.az xəbər verir ki, Türkiyə mediası bu barədə “Shell” və “TotalEnergies” şirkətlərinin üçüncü rüb üzrə maliyyə nəticələrinə istinadən məlumat yayıb.
Məlumata görə, “Shell” şirkətinin xalis mənfəəti ilin üçüncü rübündə iki dəfədən çox artaraq 12,1 milyard dollara çatıb.
Fransanın “TotalEnergies” şirkəti isə eyni dövrdə 8,3 milyard dollar xalis mənfəət əldə edərək rekord göstəriciyə nail olub.
Bildirilir ki, Yaxın Şərqdə davam edən hərbi qarşıdurma enerji resurslarının tədarükünə təsir göstərib və dünya bazarlarında qiymətlərin yüksəlməsinə səbəb olub.
Enerji qiymətlərinin artması iri neft-qaz şirkətlərinin maliyyə nəticələrinə müsbət təsir göstərsə də, istehlakçılar üçün yanacaq xərclərini artırıb.
17:10 29.10.2026
Oxunuş sayı: 54