Azərbaycan təmsilçisi dünya turnirini qələbəsiz başa vurub
Azərbaycanın çimərlik futbolu komandası "Marafon" İK "World Winners Cup Alanya 2026" turnirindəki dördüncü matçında da məğlub olub.
Crossmedia.az xəbər verir ki, F qrupunda yer alan ölkə təmsilçisi Fransanın "Sevenne" komandasına uduzub.
Matç rəqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə təmsilçimiz turniri 25-ci pillədə başa vurub.
Qeyd edək ki, "Marafon" İK qrupda daha əvvəl keçirdiyi görüşlərdə Çinin TMS klubuna (2:4), Ukraynanın "Sunrise" (Kiyev) komandasına (6:8) və Bolqarıstan təmsilçisi "Spartak"a (4:4, p. - 1:3) uduzub.
17:39 29.10.2026
Oxunuş sayı: 61