FIBA Avropa Kuboku: “LANDAU Lions”dan 94:86 hesablı qələbə
Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda Türkiyənin "Denizli Basket" kollektivinə qalib gəlib.
Crossmedia.az xəbər verir ki, təmsilimiz G qrupunun IV turunun oyununda 94:86 hesablı qələbəyə sevinib.
Qarşılaşma Bakı İdman Sarayında keçirilib.
Xatırladaq ki, "LANDAU Lions" əvvəlki üç görüşün hamısında məğlub olub. Erhan Tokerin baş məşqçisi olduğu komanda Danimarkanın "Bakken Birs" (88:91), İsveçrənin "Lions de Geneve" (83:105), Slovakiyanın "Prievidza" klubuna (84:108) uduzub.
23:00 28.10.2026
Oxunuş sayı: 58