“Şəfa” 9 qol vuraraq Azərbaycan Kubokunda mərhələ adlayıb
"Şəfa" futbol üzrə Azərbaycan Kubokunun 1/8 finalına vəsiqə qazanıb.
Crossmedia.az xəbər verir ki, Premyer Liqa təmsilçisi turnirin II təsnifat mərhələsində "Ağstafa Gəncləri" ilə üz-üzə gəlib.
Qarşılaşma "Şəfa"nın 9:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər matçlarda "İmişli" "Qaradağ Lökbatan"ı (4:1), "Şamaxı" "Hypers"i (5:1), "Şahdağ Qusar" isə MOİK-i böyük hesabla məğlub edib - 9:1.
Günün sonuncu görüşündə "Kəpəz" "Baku Sportinq"i sınağa çəkəcək.
Xatırladaq ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Şimal"ı (6:0), "Marafon" "Zaqatala"nı (1:0), "Sumqayıt" "Kür-Araz"ı (11:0), "Qəbələ" "Mingəçevir"i (3:0), "Zirə" "Səbail"i (2:2, p. - 3:2) məğlub edib.
17:52 28.10.2026
Oxunuş sayı: 46