Rusiya ilə üçtərəfli danışıqlar noyabrın 10-da keçirilə bilər
Rusiya ilə üçtərəfli danışıqların noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi mümkün hesab olunur.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə Britaniyanın “The Sun” nəşrinə açıqlamasında bildirib.
Zelenskinin sözlərinə görə, danışıqların noyabrın 10-da baş tutması ehtimalı var.
Hələlik görüşün keçiriləcəyi və danışıqlarda iştirak edəcək tərəflərin dəqiq tərkibi barədə əlavə məlumat verilməyib.
17:59 28.10.2026
Oxunuş sayı: 55