Putin Avropa liderləri ilə Ukrayna əvəzinə orta əsrlər tarixini müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığının böyük hissəsini Ukraynada atəşkəs məsələsinə deyil, orta əsrlər slavyan tarixinə həsr edib.
Crossmedia.az xəbər verir ki, “Financial Times” (FT) bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa liderləri ilə təxminən 90 dəqiqə davam edən telefon danışığında Putin orta əsrlərdə slavyan xalqlarının tarixi barədə geniş danışıb.
Bildirilib ki, söhbət zamanı Ukraynada dərhal atəşkəsin təmin edilməsi məsələsinə çox az vaxt ayrılıb.
Danışığın əsas məqsədi Ukraynadakı müharibənin dayandırılması istiqamətində diplomatik imkanların müzakirəsi olsa da, tərəflərin diqqəti daha çox tarixi məsələlərə yönəlib.
17:09 28.10.2026
Oxunuş sayı: 53