Merts: Almaniya və Yaponiya arasında 9 min kilometr olsa da, bir-birimizə çox yaxınıq
Almaniya Kansleri Fridrix Merts ölkəsi ilə Yaponiya arasında coğrafi məsafənin böyük olmasına baxmayaraq, iki dövlətin ortaq dəyərlərə və güclü tərəfdaşlıq münasibətlərinə malik olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Merts bu barədə Yaponiyaya səfəri zamanı açıqlama verib.
“Ölkələrimiz arasında təxminən 9 min kilometr məsafə var. Buna baxmayaraq, biz bir-birimizə çox yaxınıq”, – deyə Almaniya Kansleri vurğulayıb.
Onun sözlərinə görə, Almaniya və Yaponiya hüquqa və qaydalara əsaslanan beynəlxalq nizamın tərəfdarı və müdafiəçisidir.
Merts qeyd edib ki, hər iki ölkə dünyanın ən böyük iqtisadiyyatları sırasında yer alır və onların alimləri artıq gələcəyin texnologiyaları üzrə birgə tədqiqatlar aparırlar.
“Biz həm bir-birimiz, həm də Asiya və Avropadakı qonşularımız üçün etibarlı və güclü tərəfdaşlarıq”, – deyə Kansler bildirib.
16:16 28.10.2026
Oxunuş sayı: 59