Efiopiya Rusiyadan dörd divizion S-400 sistemi almağı planlaşdırır
Efiopiya Rusiyadan dörd divizion S-400 zenit-raket kompleksi almağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Abiy Əhməd “X” sosial şəbəkəsində məlumat verib.
“Efiopiya S-400 hava hücumundan müdafiə sistemlərinin dörd divizionunu əldə edəcək”, – deyə baş nazir yazıb.
Açıqlama oktyabrın 28-29-da Moskvada keçirilən üçüncü Rusiya-Afrika sammiti fonunda səsləndirilib. Abiy Əhməd də sammitdə iştirak edir.
Efiopiya ilə Rusiya uzun illərdir hərbi-texniki əməkdaşlıq edir. 2021-ci ilin iyulunda tərəflər Efiopiya silahlı qüvvələrinin modernləşdirilməsi, texnologiyaların ötürülməsi və hərbi sahədə mütəxəssislərin hazırlanmasını nəzərdə tutan sazişlər imzalayıblar.
16:16 28.10.2026
Oxunuş sayı: 62