Putin: Rusiyanın iki öz böyük dil modeli var
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin generativ süni intellekt sahəsində müstəqil texnoloji imkanlara malik olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Putin bu barədə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya böyük generativ süni intellekt modellərinin yaradılması üçün zəruri olan bütün inkişaf mərhələlərini müstəqil şəkildə həyata keçirmək imkanına malikdir.
“Rusiya böyük generativ süni intellekt modellərinin yaradılması üçün tam inkişaf dövrünə malikdir. Bizim özümüzə məxsus iki böyük dil modelimiz var”, – deyə Putin bildirib.
Rusiya Prezidenti ölkəsinin süni intellekt texnologiyalarının hazırlanması sahəsində imkanlarını bu şəkildə qiymətləndirib.
15:39 28.10.2026
Oxunuş sayı: 52