Azərbaycan boksçuları Avropa çempionatlarında 25 medal qazanıblar
Azərbaycan boksçuları 2026-cı ildə iştirak etdikləri dörd Avropa çempionatında ümumilikdə 25 medal qazanıblar.
Crossmedia.az xəbər verir ki, milli komandalarımızın əldə etdiyi medallardan 5-i qızıl, 8-i gümüş, 12-si isə bürünc əyarlıdır.
Ən çox medalı U-15 yığmamız qazanıb. Komanda Türkiyənin Trabzon şəhərində başa çatan Avropa çempionatında 10 dəfə fəxri kürsüyə yüksəlib.
U-17 millimiz qitə birinciliyini 8 medalla tamamlayıb. Böyüklərdən ibarət yığmamız isə rekord nəticə göstərərək 5 medal əldə edib. Hər iki komandamızın 2 üzvü Avropa çempionu olub.
U-19 millisinin hesabına isə 2 medal yazılıb.
Beləliklə, Azərbaycan boksçuları bu il iştirak etdikləri bütün Avropa çempionatlarında medal qazanıblar. Milli komandalarımız yarışların üçündə medal əyarına görə ilk altılıqda qərarlaşıblar.
Noyabrda keçiriləcək U-23 Avropa çempionatında da Azərbaycan boksçularının iştirakı gözlənilir. Bu yarışda medal sayının daha da artırılması üçün imkan yaranacaq.
14:20 28.10.2026
Oxunuş sayı: 63