İsraildə səslərin 76,89 faizi hesablandı – heç bir blok çoxluq qazanmayıb
İsraildə keçirilən parlament seçkilərində səslərin 76,89%-i hesablandığı halda, heç bir siyasi blok hökumət qurmaq üçün tələb olunan çoxluğu əldə edə bilməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə seçkilərin ilkin nəticələrinə dair məlumatda bildirilir.
Son hesablamalara əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blokun mandat sayı bir yer azalaraq 55-dən 54-ə düşüb.
Müxalifət blokunun mandatlarının sayı isə 49-dan 47-yə enib.
Ərəb partiyalarının təmsil olunduğu siyasi qüvvələr üç əlavə mandat qazanaraq parlamentdəki təmsilçilik imkanlarını 16-dan 19 yerə yüksəldiblər.
Beləliklə, 120 yerlik Knessetdə hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq çoxluq hələlik heç bir blok tərəfindən təmin edilməyib.
Səslərin sayılması davam etdiyindən mandat bölgüsündə dəyişikliklər mümkündür.
13:45 28.10.2026
Oxunuş sayı: 185