Portuqaliyada minlərlə insan bahalaşmaya qarşı etiraza çıxdı
Portuqaliyanın paytaxtı Lissabonda minlərlə insan mənzil hüquqlarının müdafiəsi və yaşayış xərclərinin artmasına etiraz olaraq parlament binası qarşısına toplaşıb.
Crossmedia.az xəbər verir ki, RT bu barədə məlumat yayıb.
Məlumata görə, nümayiş iştirakçıları mənzil hüquqlarının qorunmasını və artan yaşayış xərcləri ilə bağlı tədbirlər görülməsini tələb edirlər.
Etirazçılar mənzil təminatı və bahalaşma problemlərinə diqqət çəkərək sosial-iqtisadi vəziyyətlə bağlı narazılıqlarını ifadə ediblər.
13:02 28.10.2026
Oxunuş sayı: 75