Netanyahu iqtidardan getsə, həbs oluna bilərmi? – hüquqşünas açıqladı
İsrailin Baş naziri Benyamin Netanyahunun siyasi gələcəyi ilə yanaşı, hüquqi taleyi də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Onun seçkilərdə məğlub olması və ya hakimiyyətdən getməsi halında üzləşə biləcəyi hüquqi nəticələr, mümkün həbs məsələsi və ona qarşı irəli sürülən ittihamlar müzakirə doğurur. Bununla belə, seçkilərdə məğlubiyyət özlüyündə həbs üçün hüquqi əsas deyil. Netanyahunun gələcəkdə hansı hüquqi addımlarla üzləşə biləcəyini anlamaq üçün İsraildə ona qarşı davam edən cinayət işlərini, Qəzza zolağındakı hadisələrlə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı həbs orderini və beynəlxalq hüquq çərçivəsində yaranan öhdəlikləri ayrı-ayrılıqda nəzərdən keçirmək lazımdır. Bəs Netanyahu hakimiyyətdən gedərsə, ona qarşı hansı hüquqi ittihamlar qüvvədə qala bilər və hansı əsaslarla həbs oluna bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən beynəlxalq hüquq üzrə mütəxəssis Fərhad Mehdiyev bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) çıxardığı həbs orderi məsələsi olduqca müzakirə doğurdu. O, gələcəkdə formalaşacaq yeni hökumətdə yer almasa belə, təbii ki, öz ölkəsində həbs olunmayacaq".

Fərhad Mehdiyev bildirib ki, həbsin reallaşması üçün başqa mexanizmlər tətbiq edilməlidir: "Bu orderin tətbiqi və icrası məsələsi yalnız Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna üzv olan dövlətlərin ərazisinə səfər etdiyi zaman aktual ola bilər".
Nuray Oqtayqızı
13:00 28.10.2026
Oxunuş sayı: 111