Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ankarada oktyabrın 29 TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Crossmedia.az xəbər verir ki, XIII TDT Zirvə görüşü çərçivəsində təşkil olunacaq bu iclasla TDT-yə üzv ölkələrin xarici işlər nazirləri cari ildə Şuranın iclasında beşinci dəfə bir araya gələcəklər.
TDT Xarici İşlər Nazirləri Şurasının iclasında TDT daxilində əməkdaşlıq sahələri üzrə məsləhətləşmələrin və təşkilatın institusionallaşdırılması istiqamətində işlərin aparılması gözlənilir.
Qeyd edək ki, oktyabrın 29-30-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşü keçiriləcək.(Report)
14:04 28.10.2026
Oxunuş sayı: 100