Zelenski: Biz rusları ABŞ-dən daha yaxşı anlayırıq
Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ukraynalılar rusların düşüncə tərzini və davranışlarını amerikalılardan daha yaxşı başa düşürlər.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə açıqlamasında bildirib.
Ukrayna Prezidentinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin dünyagörüşü və düşüncə tərzi hələ də Sovet İttifaqı dövrünün təsiri altındadır.
“Mənim fikrimcə, Putin həm reallığa baxışı, həm də düşüncə tərzi baxımından dərin sovet təfəkkürünə malikdir”, – deyə Zelenski qeyd edib.
O bildirib ki, öz nəslinin Sovet İttifaqında doğulması və uzun illər ruslarla birgə yaşaması onların Rusiya rəhbərliyinin davranışlarını daha yaxşı anlamasına imkan verir.
“Biz bunu bilirik, çünki mənim nəslim Sovet İttifaqında doğulub. Putin yalan danışanda bunu hiss edə bilirik. Biz uzun illər ruslarla yanaşı yaşamışıq. Buna görə də düşünürəm ki, rusları ABŞ-dən daha yaxşı anlayırıq”, – deyə Zelenski vurğulayıb.
12:35 28.10.2026
Oxunuş sayı: 121