Azərbaycan Kubokunda bu gün 5 oyun keçiriləcək
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin digər matçları bu gün keçiriləcək.
Crossmedia.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutacaq.
Premyer Liqa təmsilçilərindən "İmişli" "Qaradağ Lökbatan"la, "Şamaxı" "Hypers"lə, "Şəfa" "Ağstafa Gəncləri" ilə, "Kəpəz" "Baku Sportinq"lə üz-üzə gələcək.
Bundan əlavə, I Liqa klublarından MOİK və "Şahdağ Qusar" da münasibətlərə aydınlıq gətirəcək.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 oktyabr
14:00. "İmişli" – "Qaradağ Lökbatan"
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu
14:00. MOİK – "Şahdağ Qusar"
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Zakir Şükürzadə, Pərviz İbrahimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu
14:00. "Hypers" – "Şamaxı"
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Əkbər Əliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı şəhər stadionu
16:00. "Şəfa" – "Ağstafa Gəncləri"
Hakimlər: Sənan Bayramzadə, Elmin Süleymanov, Sevda Nuriyeva, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
"SOCAR Polymer Arena"
19:00. "Kəpəz" – "Baku Sportinq"
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rasim Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu
Xatırladaq ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Şimal"ı (6:0), "Marafon" "Zaqatala"nı (1:0), "Sumqayıt" "Kür-Araz"ı (11:0), "Qəbələ" "Mingəçevir"i (3:0), "Zirə" "Səbail"i (2:2, p. - 3:2) məğlub edib.
09:53 28.10.2026
Oxunuş sayı: 61