Riskə meyillilik insan və şimpanze liderlərini birləşdirir - alimlər
Riskə getməyə meyilli olmaq həm insanlarda, həm də şimpanzelərdə yüksək sosial mövqe qazanmaqla əlaqəlidir.
Crossmedia.az xəbər verir ki, “The Leadership Quarterly” jurnalında dərc olunan araşdırmada bu barədə məlumat verilib.
Almaniyada 40 mindən çox insanın məlumatları təhlil edilib. Nəticələr göstərib ki, rəhbər vəzifələrdə çalışanlar tabeliyində olanlarla müqayisədə riskə daha çox meyillidirlər. Oxşar əlaqə Uqanda və Keniyada yaşayan 86 şimpanzenin davranışlarında da müşahidə olunub.
Alimlərin fikrincə, riskə meyillilik liderliyin qədim təkamül xüsusiyyətlərindən biri ola bilər. Bununla belə, araşdırma riskə getməyin liderliyə səbəb olduğunu qəti şəkildə sübut etmir.
08:30 28.10.2026
Oxunuş sayı: 57