Depressiyaya qarşı qeyri-adi vasitə: alimlər yeni spreyi sınaqdan keçirib
Qurbağa ifrazatında rast gəlinən maddənin sintetik forması əsasında hazırlanan burun spreyi müalicəyə davamlı depressiyanın əlamətlərini səkkiz həftəyədək azaldıb.
Crossmedia.az xəbər verir ki, “JAMA” jurnalında dərc olunan araşdırmada bu barədə məlumat verilib.
Klinik sınaqda müxtəlif antidepressantlardan fayda görməyən 193 yetkin iştirak edib. Nəticələrə görə, spreydən istifadə etdikdən iki gün sonra simptomlarda azalma müşahidə olunub.
Bununla belə, müalicə bütün iştirakçıların sağalması ilə nəticələnməyib. Əksər yan təsirlər yüngül və orta dərəcəli olub. Bir iştirakçıda isə güclü panik ataklar qeydə alınıb.
Tədqiqat müəllifləri nəticələri ümidverici hesab etsələr də, preparatın effektivliyini və təhlükəsizliyini təsdiqləmək üçün daha geniş araşdırmalara ehtiyac olduğunu bildirirlər.
07:30 28.10.2026
Oxunuş sayı: 56